Şagirdlərin ATU-ya ekskursiyası təşkil olunub
16.03.2023 09:08

Təmənnasız təhsil verən "Fortis Academy"nin şagirdlərinin Azərbaycan Tibb Universitetinə (ATU) ekskursiyası baş tutub. 

 

Aztibb.az-a bu barədə ATU-dan məlumat verilib.

 

Qeyd eilib ki, bu tədris mərkəzində şəhid və qazi ailələrinin övladları ilə yanaşı, sosial təminatı zəif olan ailələrin övladları da ödənişsiz təhsil alır. Məqsədi təhsilə marağı olan, lakinmüəyyən səbəblərə görə təhsil ala bilməyən 9, 10, 11-ci sinif şagirdlərinə kömək göstərmək olan bu qurum mütəmadi olaraq şagirdlərin müxtəlif universitetlərə səfərini həyata keçirir.

 

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şagirdlər tədris korpusları, kitabxana və zallar, kafedralarla əyani tanış olublar. Anatomiya, Histologiya və digər təməl kafedralarda şagirdlərə geniş məlumatlar verilib.

 

Ekskursiyanın sonunda təhsil mərkəzinin nümayəndəsi, müəllim Sevda Fərzəliyeva bildirib ki, əyani tanışlıq şagirdlərdə dərin iz buraxıb. Bu, onların gələcəkdə universitet seçimi zamanı əhəmiyyətli rol oynayacaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır