ATU-da tədbir: "Tibb bacılığı nədir?"
13.03.2023 11:51

ATU-da universitetin İctimai səhiyyə fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Tibb bacılığı nədir?" adlı tədbir keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, tədbirdə çıxış edən TGT-nin sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ATU üzrə nümayəndəsi Vaqif Abdullayev "Tibb bacısı" ixtisasının praktik əhəmiyyətindən söz açıb, tədbirin təşkilində dəstəyə görə fakültə dekanı, dosent Qalina Qəniyevaya və tədbirdə iştirakı üçün dosent İradə Əliyevaya minnətdarlığını bildirib. 

 

Daha sonra təşkilatın sədr müavini Rəna Cumayeva sözügedən ixtisasın yaradılması haqqında məlumat verib.

 

Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktorunun inzibati işlər üzrə məsləhətçisi, Türkiyədə Qazi Universitetini bakalavr, Hacəttəpə Universitetini isə magistr və doktorantura üzrə bitirmiş, “Pedaqogika və məşğulolma” sertifikasiyasından uğurla keçmiş dosent İradə Əliyeva "Tibb bacısı" ixtisası mütəxəssislərinin vəzifələri və fəaliyyəti haqqında danışıb, Türkiyədə magistratura və doktorantura təhsil pillələri haqqında iştirakçıları məlumatlandırıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır