ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlim-tədris proseslərinin idarəedilməsi üzrə Elmi Şura yaradılıb
27.02.2023 15:23

Azərbaycan  Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında təlim-tədris proseslərinin idarəedilməsi üzrə Elmi Şura yaradılıb.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Elmi Şuranın yaradılmasında əsas məqsəd tədris planının qurulması, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərinin müzakirəsinin təşkilidir.

 

Klinikanın Elmi Şurasının sədri-  Tədris Cərrahiyyə Klinikasının direktorunun müalicə işləri üzrə müavini, professor Fariz Camalov, katibi - direktorun elmi işlər üzrə müavini, professor Davud Pənahov, üzvləri isə II Cərrahi xəstəliklər kafedrasının dosenti Elçin Abdinov, Üz-çənə cərrahiyyəsi kafedrasının professoru Çingiz Rahimov, I Cərrahi xəstəliklər kafedrasının professoru Nuru Bayramov, II Cərrahi xəstəliklər kafedrasının professoru Xaləddin Musayev seçiliblər.

 

Klinikanın direktoru, dosent Mücahit Avcilin sözlərinə görə, belə bir qurumun yaradılması və fəaliyyəti çox əhəmiyyətlidir. Çünki ATU-un Tədris Cərrahiyyə Klinikasında vətəndaşlarımıza keyfiyyətli tibbi xidmətlər göstərilməsi ilə yanaşı, tələbələrin təhsili üçün də hərtərəfli şərait yaradılıb: "Tələbələrin elmi işləri üçün klinikada şərait yaratmaq bizim fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir. Əminəm ki, yeni yaradılmış Elmi Şurada təmsil olunan tanınmış və peşəkar həkimlərimiz, alimlər qurumun fəal və effektiv fəaliyyəti üçün böyük işlər görəcəklər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır