NDU-nun Tibb fakültəsinin müəllimləri Fəxri fərmanla təltif olunublar
23.02.2023 18:38

Naxçıvan Dövlət Universitetində (NDU) Tibb fakültəsinin baş müəllimi Malik Əliyevin 70, Təməl tibb fənləri kafedrasının dosenti Südabə Həsənovanın isə 60 illik yubileyləri qeyd edilib.

 

NDU-dan Aztibb.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sisteminin də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

 

Diqqətə çatdırılıb ki, hər iki müəllim səhiyyə sisteminə və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.

 

Rektor yubilyarları təbrik edərək, onlara universitetin Fəxri fərmanını təqdim edib.

 

Daha sonra Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fələsəfə doktoru İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının professoru İsa Abdullayev yubilyarların ünvanına xoş sözlər səsləndirərək, onları təbrik edib, hər iki müəllimə uzun ömür can sağlığı arzulayıblar.

 

Sonda yubilyarlar çıxış edərək tədbirin baş tutmasında əməyi keçənlərə minnətdarlıqlarını ifadə ediblər.


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev