Azərbaycanda “Diprospan”ın bəzi seriyaları satışdan çıxarılıb  
17.02.2023 13:10

Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, U038559 seriyalı, son istifadə tarixi 10/2023 olan, W002245 seriyalı, son istifadə tarixi 11/2023 olan, W009991 seriyalı, son istifadə tarixi 01/2024 olan, W015391 seriyalı, son istifadə tarixi 03/2024 olan, W025079 seriyalı, son istifadə tarixi 06/2024 olan və W033463 seriyalı, son istifadə tarixi 08/2024 olan olan “Diprospan” ticarət adlı (1 ml of suspension contains: betamethasone dipropionate – 6.43 mg (eq. to 5 mg betamethasone), betamethasone sodium phosphate (eq. to 2 mg betamethasone) – 2.63 mg tərkibli inyeksiya üçün suspenziya 1 ml, şüşə ampullarda №5, plastik qablaşmada, karton qutuda) dərman vasitələri satışdan çıxarılıb.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adıçəkilən dərman vasitəsinin seriyalarının “Organon Central East GmbH, İsveçrə” şirkəti tərəfindən könüllü olaraq geri çağırılması haqqında müraciətə əsaslanaraq geri çağırılması, topdan və pərakəndə satışının və idxalının qadağan edilməsi haqqında qərar qəbul edilib.

 

Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız göstərilən seriyaları ilə buraxılan dərman vasitələri istifadəyə yararsızdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib