Könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb  
16.02.2023 16:10
Könüllülük hərəkatının inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 8-ci “Könüllü gömrükçü” dəstəsinin 8 könüllü gömrükçüsünün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyəti uğurla başa çatıb.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, digər əməkdaşlar və könüllü gömrükçülər iştirak ediblər.
 
Tədbirdə Şahlar Mirqasım könüllü gömrükçülərin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində uğurlu fəaliyyətlərini yüksək qiymətlənidirib və onlara gələcək karyeralarında nailiyyətlər diləyib. 
 
Daha sonra çıxış edən könüllü gömrükçülər Sübhanə İskəndərzadə və Günel Hüseynova yaradılmış şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, kuratorlarına və kollektivə dərin təşəkkürlərini bildiriblər.
 
Qeyd edək ki, könüllü gömrükçülərdən Sübhanə İskəndərzadə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati İdarəetmənin Təşkili şöbəsində, Günel Hüseynova Mərkəzi Gömrük Hospitalının Marketinq və Planlaşdırma şöbəsində, Nailə Mollayeva Çağrı Mərkəzində, Billurə Nəbiyeva, Zümrüd Şamxalova və Akifə Göyüşova Xəstə Xidmətləri şöbəsində, Fidan Orucova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ETTM-də, Pərvin Rəcəbova Sığorta şöbəsində 3 ay müddətində fəaliyyət göstərərək, PR işlərinin təşkilində, tədbirlərin təşkilində, daxil olan zənglərin cavablandırılmasında və pasiyentlərin qeydiyyatı proseslərində fəal iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır