Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası 66 gündür davam edir  
15.02.2023 09:23

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 66 gündür davam edir.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Ekofəallar hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər.

 

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

 

Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Qastrit və xora zamanı necə qidalanmalı?