Azərbaycanda ilk dəfə Qara Dəniz Oftalmologiya Cəmiyyəti konqresi baş tutub
14.02.2023 12:28

Azərbaycanda ilk dəfə Qara Dəniz Oftalmologiya Cəmiyyəti (BSOS) konqresi keçirilib.

 

Aztibb.az TREND-ə istinadla xəbər  verir ki, professor Dr. Mahmut Kaşkaloğlu, Dr. Baha Toyqar və Dr. Cahid Şahbazovun ev sahibliyi ilə keçən 20 illik yubiley tədbiri iki gün davam edib.

 

Dünyanın müxtəlif guşələrindən olan mütəxəssislərlə əlaqə saxlamaq, fikir mübadiləsi aparmaq və tibb texnologiyasında yeni nailiyyətlərin potensialını araşdırmaq üçün ideal platforma olan konqresə bir çox elmi sessiyalarda iştirak edən 25 məruzəçi qatılıb.

 

Onların sırasında Ukraynadan, Türkiyədən, Yunanıstandan, Gürcüstandan, Rusiyadan, Rumıniyadan, Bolqarıstandan və Moldovadan professorlar, oftalmologiya üzrə elmi nəaliyyət qazanmış şəxslər olub.

 

Konqres Türkiyədə dəhşətli faciədə həyatını itirən şəxslərə sayğı duruşu və sükutla başlayıb. Həmçinin, məruzəçilər çıxışları zamanı bu məsələyə toxunaraq başsağlığı verib, tədbirdə bununla bağlı görüntülər nümayiş etdirilib.

 

Ukrayna Milli Tibb Elmləri Akademiyasının üzvü Qalina Levitska konqresdə iştirak edən bütün ölkələrin nümayəndələrinə ölkəsinə verilən dəstəkdən dolayı təşəkkür edib:

 

“Ölkəm üçün edə biləcəyim bir şey yoxdur. Belə elmi tədbirlər olmasa, həyatımda bir məna görməzdim”.

 

Uzun illərin təcrübəsini bir-biri ilə bölüşən spikerlər və iştirakçılar daha sonra canlı göz əməliyyatına şahidlik ediblər. Dr.Cahid Şahbazovun gerçəkləşdirdiyi əməliyyatlar Azərbaycanda ilk dəfə edilib. Tikişsiz çəpgöz əməliyyatı, “EyeWatch” son nəsil müasir qlaukoma əməliyyatı, Makulyar degenerasiya xəstələri üçün teleskopik linza və Yüksək miyopiya üçün ICL əməliyyatı görənləri heyran qoyub.

 

Dünyada əsasən 3-4 ildə bir Avropa, Amerikada baş tutan tədbirlərə bərabər olan konqres dünyadan gələn oftalmoloqlar üçün yeni bir platforma olub. Yunanıstan, Misir, Gürcüstan, Türkiyə arasında bu il gerçəkləşdiriləcək ortaq cərrahi kəşflərin təməli qoyulub. Bununla bağlı sözügedən ölkələrin nümayəndələri, həmçinin, Dr. Cahid Şahbazov yaxın həftələrdə Türkiyəyə, iyunda Yunanıstana, payızda Misirə, daha sonra isə Gürcüstana yola düşəcək.

 

Cahid Şahbazov Yunanıstanda qlaukoma ilə bağlı seminarlar keçəcək, həmçinin, Avropadan olan həkimlərə bu əməliyyatın tədrisini edəcək.

 

Bu barədə danışan oftalmoloq bildirib ki, konqres sayəsində Türkiyə və Gürcüstan arasında elmi araşdırmaların startı verilib:

 

“Bu ilin sonunadək Misirdən buynuz qişasının köçürülməsinin özəl və müasir növlərinə dair yeni əməliyyat texnologiyaları gətiriləcək. Habelə, bu əməliyyatların ən müasir növünü də Azərbaycanda reallaşdırmaq mümkün olacaq”.

 

Qeyd edək ki, BSOS 2002-ci ildə Qara dəniz regionu oftalmoloqlarının təşkilatı olaraq üzvlər arasında ünsiyyət və bilik mübadiləsini artırmaq missiyası ilə yaradılıb. Üzv ölkələr: Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadır. Azərbaycan və Yunanıstan assosiativ üzvlərdir. BSOS 2013-cü ildən ICO-nun (Beynəlxalq Oftalmologiya Şurası) üzvüdür.

 

Hər il üzv ölkələrdən biri konqres təşkil edir. Konqreslər beynəlxalq iştirakçılıqla keçirilib və cəmiyyətin missiyasının təbliğində çox uğurlu olduğunu sübut edib. 2023-cü ildə BSOS konqresinin ev sahibliyini Azərbaycan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib