Tibb müəssisələrində göstərilən xidmətlər “ƏDV geri al” mexanizminə qoşulub
13.02.2023 12:19

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də tibb müəssisələrində göstərilən xidmətlərə görə ödənilən vəsaitlərdən ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlıdır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki,Dövlət Vergi Xidmətindən bildirilib ki, mövzunu vergi mütəxəssisi İlqar Əsədov şərh edib.


Onun sözlərinə görə, dəyişikliyin mahiyyəti tibbi xidmətlər üçün ödənilmiş ƏDV-nin "ƏDV geri al" mexanizminə qoşulmasıdır.

 

Beləliklə, 2022-ci yanvarın 1-dən tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin nağd ödənişlər zamanı 10 faizinin, nağdsız ödənişlər zamanı 15 faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə təsbit olunub. Məcəlləyə edilən son dəyişikliklərə əsasən, nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizi geri qaytarılır.

 

2022-ci ildə "Nağdsız hesablaşmalar haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda ödəniş nağdsız edilməlidir.
Cərrahiyyə əməliyyatlarının tibbi xidmətlərə aid olduğunu, habelə formalaşmış qiymətlərə əsasən belə xidmətin dəyərinin, adətən 500 manatdan artıq olduğunu nəzərə alsaq, hazırkı hüquqi şərtlərə əsasən, belə xidmətlər üçün nağdsız ödənilmiş ƏDV-nin 17,5 faizinin geri qaytarılması mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib