ATU-nun İmtahan Mərkəzi əlavə imtahanlar təşkil edib
09.02.2023 12:40

Azərbaycan Tibb Universitetində (ATU) ötən il dekabrın 29-da başlayan payız semestrinin qış imtahan sessiyası bu il fevralın 1-də başa çatıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən və ya sessiya ərzində 2 fəndən müvəffəqiyyət qazana bilməyənlər isə ATU-nun İmtahan Mərkəzinin fevralın 3-ü, 6-sı və 7-də təşkil etdiyi imtahanlarda iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a məlumat verən universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova rəhbərlik etdiyi qurum tərəfindən imtahanların yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, tələbələrin ən çox “Histologiya” fənnindən müvəffəqiyyət qazanmadığını qeyd edib: “Bu semestr Müalicə-profilaktika fakültələrində oxuyan və “Histologiya”dan kəsiri olan 48 əcnəbi tələbə yenidən imtahana qatıldı. Stomatologiya fakültəsindən isə 103 tələbənin adıçəkilən fəndən kəsirləri var idi. Onlardan Azərbaycan bölməsindən 35 nəfər təkrar imtahan verdi. Tələbələr anlamağa başlayıb ki, artıq güzəşt yoxdur, oxumaq yeganə yoldur”.

 

Ü.Cəfərova tələbələrin digər fənlərdən də kəsirləri olduğunu bildirib. Fənlər sırasında “Anatomiya”, “Patoloji fiziologiya” və s. adlarını çəkib. O, eyni zamanda imtahan nəzarətçilərinin aşkar etdiyi qayda pozuntularından da söhbət açıb: “Nəzarətçilərimiz tərəfindən bir tələbənin digər tələbənin əvəzinə imtahan verməsi faktı üzə çıxıb. Bu barədə rektorluğa təqdimat yazılıb. Yəqin həmin tələbə ilə bağlı uyğun qərar qəbul ediləcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır