TƏBİB-in dəstəyi ilə tibb müəssisələri yeni avadanlıqlarla təchiz olunur
09.02.2023 11:03
TƏBİB-in dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz yeni tibbi avadanlıqlarla təchiz edilib.
 
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya şöbəsi vaxtından əvvəl doğulmuşlar üçün yeni reanimasiya zalı, müasir küvəzlər, çoxfunksiyalı monitorlar, infuzomatlarla təmin olunub.
 
Bununla yanaşı, tibb müəssisəsində 8 reanimasiya çarpayısı artırılıb (panel vasitəsi ilə hava oksigen vakuum nöqtəsi olmaqla). 2 reanimasiya masası və Neopuff -T- Parçalı canlandırıcı cihazı da yeni avadanlıqlar sırasındadır.
 
Perinatal Mərkəzdə yeni avadanlıqların təchizindən sonra eyni anda müxtəlif dərəcəli tənəffüs dəstəyinə, neonatal reanimasiya xidmətinə ehtiyacı olan 20 körpəyə xidmət etmək mümkün olacaq.
 
Yeni reanimasiya zalı vaxtından əvvəl doğulmuş az, çox az və ekstremal az çəkili körpələrin çeşidlənməsi baxımından müalicə işinə müsbət təsir göstərəcək.
 
Əlavə olaraq Qadın sağlamlıq kabineti kolposkop, ROP müayinəsi uçün indirekt oftolmoskop və KTQ aparatları, 3D və 4D USM avadanlıqları ilə təmin olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib