Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi (YENİLƏNİB)
05.10.2020 13:08

Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov öncə Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ordumuzun  uğurlarından söz açıb.

 

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulayıb. İclasda Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Əhliman Əmiraslanovun sözlərinə görə, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər.

 

Səhiyyə komitəsinin iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirdi. Sonra müzakirələr başlanıb.

 

İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin, Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri - professorlar Nuru Bayramov, Kamran Musayev və tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırıblar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildiriblər.

 

Sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiya ilə əlaqədar müxtəlif məsələlərə toxunublar.

 

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

***

 

11:42

 

Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilir.

 

Aztibb.az xəbər verir ki, iclasda gündəliyə daxil edilən 1 məsələ müzakirə olunur.

 

Komitə üzvləri İnsan orqanı və toxumalarının donorluğu və transplantasiyası haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra –orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorlarını, respiyentlərini, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub