“Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində tibb müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb
07.02.2023 15:45
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki “Yeni klinika” tibb müəssisəsində UNICEF-lə birgə keçirilən tədbirdə "Körpə Dostu Klinikası" meyarlarına ən uyğun müəssisələr açıqlanıb.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, İlkin səhiyyə və təcili yardım departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Yeni klinikanın direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev, tibb müəssisələrinin rəhbər şəxsləri, eləcə də UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Viliam Abi Abdallah, Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, proqramın konsultantı Vəfa Ağayeva və digər əməkdaşlar iştirak edib.
Çıxışlar zamanı “Körpə Dostu Klinikası” təəşəbbüsü çərçivəsində görülən işlər və ana südü ilə qidalandırmanın əhəmiyyəti barədə danışılıb. Bütün dünyada olduğu kimi ana və uşaq sağlamlığı məsələsi ölkəmizdə də səhiyyənin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Layihənin əsas məqsədinin ildən-ilə daha çox körpənin ana südü ilə qidalandırılmasına nail olmaq, yenidoğulmuşlara xidmət göstərilən müəssisələrdə ana südü ilə qidalandırma praktikasının qorunması, təşviq edilməsi və dəstəklənməsindən ibarət olduğu bildirilib.
2021-2022-ci illərdə UNICEF-lə əməkdaşlıq çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Ağcabədi, Ağsu, Bərdə, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şamaxı, Şəki və Şirvanda yerləşən tibb müəssisələrində “Ana südü ilə qidalandırmağa doğru 10 addım" təlimlərinin keçirildiyi vurğulanıb.
Daha sonra layihə çərçivəsində tibb müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Lənkəran Regional Perinatal Mərkəzi, Quba Regional Perinatal Mərkəzi, Ağsu Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Rayon Mərkəzi Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Pirallahı Tibb Mərkəzi, Nizami Tibb Mərkəzinin tabeliyindəki 7 nömrəli Doğum Evi, Respublika Perinatal Mərkəzi, Şəki Regional Perinatal Mərkəzi, Sumqayıt Regional Perinatal Mərkəzi fərqlənən tibb müəssisələri kimi ön sırada qərarlaşıb.
Tədbir təşəbbüs üzrə növbəti addımların qarşılıqlı müakirəsi ilə davam etdirilib.
Bu bölməyə aid digər xəbərlər
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
47 müraciət, 20 namizəd: ATU-da əcnəbilər üçün rezidentura və magistratura nəticələri
25.09.2026 | 14:32
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
03.09.2026 | 09:00
Sentyabrda bağ işləri ilə məşğul olanlara vacib xəbərdarlıq
31.08.2026 | 14:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

