TƏBİB-in iştirakı ilə qurumlararası Koordinasiya Şurası yaradılıb  
30.01.2023 16:19
Qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, İdarənin struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
 
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.
 
Məktəbəqədər və ümumtəhsil müəssisələrində baş verən hadisələrə qanunvericiliyə uyğun, çevik və təsirli müdaxilənin gərəkli olduğunu vurğulayan tədbir iştirakçıları Koordinasiya Şurasının həyata keçirəcəyi işlərin uşaqların müdafiəsi istiqamətində uğurlu nəticələrə yol açacağına, xoşbəxt cəmiyyətin formalaşmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
 
Sonda BŞTİ ilə müvafiq qurumlar arasında əməkdaşlıq Protokolu imzalanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib