Uşaqlarda öpüş xəstəliyinin əlamətləri hansılardır? - Pediatr vacib məqamları açıqladı
03.10.2020 23:10

Uşaqlarda yaranan xəstəliklərdən biri də öpüş xəstəliyidir. Körpələri öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Bu xəstəliyin əlamətləri, gedişatı necə olur? Ondan necə qorunmaq olar?

 

Aztibb.az həkim-pediatr Günay Rəsulovanın uşaqlarda öpüş xəstəliyi barədə məqaləsini təqdim edir:

 

Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%-i bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.

 

Xəstəliyin əlamətləri:

Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır, oradan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir.

 

Beləliklə uşaqda:

- Boğaz ağrısı;

- Qızdırma;

- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi;

- Halsızlıq, qarın ağrısı, baş ağrısı və s. hallar müşahidə olunur.

 

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpüş xəstəliyində əlamətlər daha qabarıq olur. Boğaz ağrısı, şiddətli qızdırma 38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

 

Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.

 

Ağırlaşmaları:

- Ensefalit;

- Meningit;

- Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit.

 

Xəstəliyin diaqnostikası necə aparılır? Tipik müayinə bulqularına əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya) periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanması ilə diaqnoz qoyulur.

 

Müalicəsi:

Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik qızdırma varsa, qızdırma salıcı vermək, dəstək müalicə tətbiq etmək və yataq istirahəti lazımdır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpməməliyik.

 

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağzına toxundurmaqla xəstəliyə yoluxa bilər. Bundan başqa ağzından su axan uşaqlar virusu tüpürcəklə asanlıqla digər uşaqlara ötürür. Ona görə bu yaşda olan uşaqlarda gigiyenaya xüsusilə diqqət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib