ATU-nun prorektoru imtahanın gedişini izləyib
24.01.2023 16:56

Azərbaycan Tibb Universitetində (ATU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, bu gün universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Kamandar Yaqubov imtahanın gedişini izləyiblər.

 

Şəraitlə yaxından tanış olan professor S.Əliyev, eyni zamanda tələbələrin hər hansı problemlə üzləşib-üzləşmədikləri ilə maraqlanıb. Prorektor imtahanın yaxşı təşkil edildiyini, cədvəllərin qaydasında olduğunu bildirib: “Tələbələr vaxtında gəlir, imtahanlarını verirlər. İmtahana nəzarət də qaydasındadır. Doğrudur, biz uzun illər bu məsələni həll etməyə çalışırdıq. Son illər bu məsələ öz həllini tapıb. Tələbələrin də heç bir narazılıq və narahatlığına rast gəlmədim. Düzdür, bəzi kafedralarda testlərin tərtibində müəyyən problemlər qalır, yəqin bu məsələ də növbəti imtahanlaradək öz həllini tapacaq. Bir sözlə, imtahan prosesi öz axarı ilə davam edir”.

 

Professor Sabir Əliyev imtahan prosesinə cavabdeh şəxslərə lazımi tapşırıq və tövsiyələrini verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır