AQTA qida məhsullarının etiketlənməsi ilə bağlı sahibkarlara müraciət edib
24.01.2023 15:56

1 yanvar 2023-cü il tarixindən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan tələblərdən biri də qida məhsullarının etiket məlumatları ilə bağlıdır. Qanuna əsasən, qida məhsullarının üzərində “müalicəvi” adının yazılması qadağandır.

 

Aztibb.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

 

"Bildiririk ki, qida məhsullarının etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi “Qida təhlükəsizliyi haqqında” Qanunla qadağan edilib. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

 

Aparılan müşahidələr göstərir ki, məhsul istehlaka təqdim edilərkən müxtəlif marketinq alətlərindən, markalanma metodlarından istifadə olunur, bu da bəzi pozuntu hallarına gətirib çıxarır. Məsələn, süd məhsulunda kalsium olduğu halda bu maddənin mövcudluğunu xüsusi qabartmaqla və ya müxtəlif qablaşdırılmış sularda mövcud olan maqneziumun və digər mineralların olmasını xüsusi hal kimi qeyd etməklə məhsul istehlakçıya təqdim olunur.

 

Təəssüflə qeyd edirik ki, satış bazarında eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilir və bu metod məlumatlı olmayan istehlakçının qərar verməsində təsiredici amilə çevrilir. Qanunla əgər bir qida məhsulunun tərkibi hansısa bir maddələrdən ibarətdirsə, o hal qabardılmış formada ifadə edilməməlidir.

 

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, bu qayda 2023-cü il 1 yanvar tarixindən sonra istehsal olunan məhsullara şamil edilir. Belə məhsulların yeni qanunun tələblərinə uyğun etiketlənməsi təmin edilməlidir.

 

Bundan başqa, Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

 

Agentlik tərəfindən yeni qanunun icrası ilə bağlı aparılan yoxlama-nəzarət tədbirləri etiket məlumatları ilə bağlı uyğunsuzluqların mövcudluğunu üzə çıxarıb. Bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edərək, xidmətlərini qanunun tələblərinə uyğun qurmağa səsləyirik.

 

İstehlakçılar isə qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib