Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının fəaliyyəti ilə bağlı təqdimat keçirilib
21.01.2023 11:32

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

 

UNEC-dən Aztibb.az-a bildirilib ki, görüşdə laboratoriyanın əməkdaşı gənc tədqiqatçı və laborant Sona Hacıyeva təqdimatla çıxış edib.

 

O, aparılan tədqiqatlar və ekspertizalar, təlim və tədris planına uyğun elmi-praktiki araşdırmalar, qida məhsullarının müvafiq keyfiyyət standartları və tələblərə uyğunluğunun qiymətləndirilməsi prosesləri haqqında məlumat verib, həmçinin laboratoriyanın işinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirib.


UNEC-in təsis etdiyi “Əziz Səncər adına tədqiqat mükafatı”ndan söz açan S.Hacıyeva müsabiqənin şərtlərini açıqlayıb. O, mükafatın 10 min manat məbləğində olduğunu və müsabiqəyə qısa zamanda start veriləcəyini bildirib.

 

Prof. Ədalət Muradov laboratoriyanın fəaliyyətini yüksək qiymətləndirib, bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsinin faydalı olacağını vurğulayıb.

 

Sonda laboratoriyanın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır