Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20.01.2023 15:40

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.

 

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.