20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq  
20.01.2023 08:37

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ölkəmizin azadlıq mübarizəsində canlarından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra toplantını giriş nitqi ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də 20 Yanvar faciəsinin ümummilli hüzn günü kimi qeyd edilməsi artıq ənənə halını alıb. Lakin ötən illərdən fərqli olaraq, bu il ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişinə əsasən, toplantıya professor-müəllim heyətinə nisbətən tələbələrin daha çox qatılması məqsədəuyğun hesab olunub.

 

S.Əliyev vurğulayıb ki, müxtəlif təbliğat vasitələrindən istifadə etməklə bu qanlı tariximizi gənc nəslin qan yaddaşına həkk etməliyik: “Biz o əzablı günlərin şahidi kimi bugünkü gəncliyi ətraflı məlumatlandırmalıyıq. Təsadüfi deyil ki, 44 günlük müharibədə qələbəmizi qeyd edərkən cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu qələbəni mənim prezident olduğum dövrün gəncliyi qazandı”.

 

Prorektor 20 Yanvar faciəsinin baş vermə səbəblərini və onun unudulmaz dəhşətlərini bir daha yada salaraq, həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətləri xatırladıb: “Həmin hadisələrdən bizi 33 il ayırsa da, o dəhşətli günləri unutmaq mümkün deyil. 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz canı-qanı bahasına azadlığına qovuşub”.

 

Toplantıda çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini xatırladıb və bu qanlı faciənin heç zaman unudulmayacağını bildirib. O, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini təşkil edən və bu cür qanla yazılan tarixlərin yaşadılmasının əhəmiyyətini vurğulayıb, şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya olduğunu söyləyib.

 

Sonra ATU-nun bir qrup tələbəsinin 20 Yanvar hadisələrinə dair hazırladığı kiçik səhnəcik nümayiş olunub. Bundan başqa, tələbələrin ifasında qanlı faciənin ağrı-acılarını özündə əks etdirən şeirlər səsləndirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama