İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
19.01.2023 18:41

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri – “Asan Radio”nun direktoru Emin Musəvi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, bu barədə açıqlama verən İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasına dekabrın 29-da başlanıldığını və imtahan sessiyasının cədvələ uyğun olaraq fevralın 1-də bitəcəyini bildirib: “Boloniya sisteminin özəlliyi ondadır ki, tələbənin 3 gün ərzində bu semestrdə kəsildikləri fənnin kreditinin 25 faizini ödəməklə yenidən imtahan vermək şansı var. Universitetimizdə imtahanlar modul proqramı üzərindən kompüterlə aparılır".

 

Onun sözlərinə görə, İmtahan Mərkəzi tərəfindən xüsusi proqramla qarışdırılır. Bütün bunlar isə “Elektron universitet”in, Türkiyədə və başqa Avropa ölkələrində mövcud olan modul proqramın tətbiqi ilə həyata keçirilir. Keçən tədris ilindən nümunəvi test tapşırıqlarının sayı elektron tədris sistemində maksimuma endirilib, 100 civarındadır.

 

Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin də fikirlərini öyrəniblər. Tələbələrdən Samirə Sadıqova, İradə Ağazadə, Səidə Məmmədova, Laçın Əliyeva, Rəhimə Sultanlı və Cənubi Azərbaycandan Elfan İsgəndəri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini söyləyiblər.

 

İmtahan-nəzarət qrupunun rəhbəri Pəri İsaqova, nəzarətçilərdən Yoluxucu xəstəliklər kafedrasının baş laborantı Alidə Mətiyeva, Ailə təbabəti kafedrasının əməkdaşı Günəş Babayeva, II Daxili xəstəliklər kafedrasının əməkdaşı Yaqut Quliyeva, Uşaq stomatologiyası kafedrasının əməkdaşı Səid Cabbarov və Xarici dillər kafedrasının baş laborantı Svetlana Sultanova imtahanın gedişində indiyədək neqativ hala yol verilmədiyini bildiriblər.

 

Universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndirən şuranın üzvləri ATU-nun Apellyasiya Komissiyasının işi ilə də tanış olaraq tələbələrin şikayətlərini dinləyiblər. Əsas şikayətlər dərsdə keçilməyən mövzuların test tapşırıqlarına salınması ilə bağlı olub. Şuranın üzvləri şikayətlərin yerindəcə əsaslandırılması, tələbə məmnunluğunun təmin edilməsi barədə tövsiyələrini diqqətə çatdırıblar.

 

Şuranın sədri İlham Məmmədov cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin zəruriliyini vurğulayıb. Bu istiqamətdə təkmilləşməyə hər zaman ehtiyac olduğunu söyləyərək, vətəndaş cəmiyyəti ilə rəsmi qurumlar arasında əməkdaşlığın aparılan islahatlara müsbət təsirindən danışıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır