Akademik Rəhim Rəhimovun 100 illiyinə həsr edilimiş beynəlxalq konfrans keçiriləcək
18.01.2023 09:49

15 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi ilə birlikdə Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilimiş beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

Aztibb.az Milli Onkologiya Mərkəzinə istinadla xəbər verir ki, konfransın materialları toplu şəklində çap ediləcək.

 

Təqdim olunacaq işlər aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:

 

- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində təqdim oluna bilər.

- Tezislər A4 formatda, 1 səhifədən çox olmamaq şərtilə, “Times New Roman” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1 olmalıdır.

- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekunhissələrdən ibarət olmalıdır.

- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə tezisin müəlliflərinin soyadı, adı və atasının adı və çalışdığı müəssisə  qeyd edilir.

- Hər bir tezisdə müəlliflərin sayı  4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.

- Tezisin əvvəlində kafedra və ya müəssisə rəhbərinin çapa icazəsini göstərən dərkənar olmalıdır.

- Tezislərin çap və elektron variantları 20 fevral 2023 il tarixinədək  Milli Onkologiya Mərkəzin Elmi Katibliyinə təqdim etməyiniz xahiş olunur.

 

Məsul katib: Şəlalə Əliyeva

Əlaqə: +9955 8296668

shalalaseyidova@gmail.com

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub