Səhiyyə Nazirliyində İsveçin ölkəmizdəki səfiri ilə görüş keçirilib
16.01.2023 12:29

Azərbaycan Səhiyyə Nazirliyində İveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır.

 

Teymur Musayev Azərbaycanla İsveç arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu söyləyib. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “İsveçdə səhiyyə sahəsi üzrə dünyada ən universal modellərdən biri yaradılıb. Bir çox dövlətlər öz ictimai səhiyyə sistemini yaratmaq üçün ondan nümunə kimi istifadə edirlər. Bundan əlavə, İsveçin “Mölnlycke” şirkəti yüksək keyfiyyətli tibb avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir”.

 

Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Tobias Lorentzson İsveçin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub və bu müddət ərzində İsveç və Azərbaycan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir”.

 

İsveçdə əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən səfir ölkəsinin bu sahədə Azərbaycan ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu ifadə edib.

 

Görüşdə Azərbaycanla İsveç arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, farmasevtika sahəsində əlaqələrin gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər cari ilin yazında Bakıda keçiriləcək “Gen dermatozu olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi. Azərbaycan-İsveç-MDB: epidermoliz büllozası və ixtiozlu xəstələrə hərtərəfli tibbi yardım göstərilməsi sahəsində təcrübə mübadiləsi” adlı dəyirmi masanın təşkili məsələlərini müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır