Neandertalların genomunun COVID-19 üçün ağırlaşdırıcı amil olduğu aşkarlanıb
02.10.2020 19:09

Böyük Britaniyanın “Guardian” qəzetində dərc olunmuş məqalədə Almaniya və İsveçdən olan alimlər tərəfindən Neandertalların genomu ilə COVID-19 xəstəliyinin daha ağır forması arasında əlaqənin aşkar edilməsi araşdırılıb.

 

Aztibb.az BBC-yə istinadla xəbər verir ki, 50 min il əvvəlki bu genetik irsin xəstəliyin ağır və hətta kritik gedişat riskini üç dəfə artırdığı müəyyən olunub.

 

Bu günə olan məlumata əsasən, avropalıların təxminən 16 faizi və Cənubi asiyalıların təxminən yarısı təhlükəli gen daşıyıcısıdır.

 

Qeyri-adi risk amili, bir qrup alim ağır xəstələnmiş koronavirus DNT-sini Neandertal DNT-si ilə müqayisə etmək qərarına gəldikdə təsadüfən aşkar edilib.

 

Xəstəliyin ağır keçmə ehtimalını artıran DNT seqmentinin əvvəllər müasir Xorvatiya ərazisində yaşamış Neandertallardakı oxşar seqmentlə, praktik olaraq, eyni olduğu aşkar edilib.

 

Tədqiqatçıların fikrincə, bu genlər bir zamanlar Neandertalları o dövrün yoluxucu xəstəliklərindən qoruyub və buna görə də insan orqanizmində qalıb.

 

Bu genlərin xəstəliyin gedişatını nə qədər ağırlaşdırdıqları hələ tam aydın deyil, baxmayaraq ki, bir gen immunitet sisteminin reaksiyasına cavab verir, digəri isə virusun insan hüceyrələrinə nüfuz etmə mexanizmi ilə əlaqələndirilir.

 

Təxmini qiymətləndirmələrə görə, Neandertallardan miras qalmış genom səbəbi ilə bu pandemiyadan təxminən 100 min insan vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib