ATU-da qış imtahan sessiyası davam edir
13.01.2023 15:21

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetində (ATU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası ötən ilin 29 dekabrından başlayıb.

 

Aztibb.az xəbər verir ki, ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova prosesin sıx və gərgin qrafiklə davam etdiyini bildirib.

 

Onun sözlərinə görə, hər gün imtahanlar saat 8.30-17.50 arasında keçirilir. Hər bir fənn imtahanı 40 dəqiqə çəkir. Bu müddət ərzində 200-ə yaxın tələbə imtahanda iştirak edir, biliklərini sınaqdan keçirir.

 

Universitetdə tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən bəhs edən Ü.Cəfərova bildirib ki, bu ildən etibarən 1-ci və 2-ci kurs tələbələri üçün test bazasına 100 nümunəvi test yerləşdirilib. Onlardan 10-u təkrarçılıq olmadan, yenilənmə ilə imtahana salınıb, 15 sual isə internetdə yerləşdirilməyən suallardır. Bəzi kafedralar bu məsələdə bizə yaxından kömək edir, test suallarını vaxtaşırı təzələyirlər.

 

İmtahan Mərkəzinin müdiri yuxarı kurs tələbələrinin verdiyi imtahanların nəticələrinə də toxunub: “Görülən işlərin və tədbirlərin nəticəsində yuxarı kurs tələbələri də aydın dərk edir ki, yalnız yaxşı oxumaqla yüksək nəticələr əldə etmək olar. Onlar arasında belə fikir formalaşmağa başlayıb ki, oxumasan, heç bir güzəşt olmayacaq. Bu günlərdə 5-ci kurs tələbələri “Daxili xəstəliklər” fənnindən imtahan verdi. Yüksək göstəricisi olanlar az oldu. Çünki tələbələr şişirtmə deyil, real qiymətlərini aldılar. Bunun isə yaxşı nəticə olduğunu deyə bilərik”.

 

Ü.Cəfərova bəzi tələbələrin imtahan zamanı qayda pozuntularına yol verdiyini də bildirib. O, tələbələrin bir-birlərinə kömək etmək faktlarının aşkar olunduğunu, pozuntuların qarşısının alınması üçün təqdimatlar yazıldığı və lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

 

Qeyd edək ki, imtahanların fevralın 1-dək davam etməsi nəzərdə tutulub. Üzrlü səbəbdən iştirak edə bilməyənlər fevralın 6-8-də təşkil ediləcək imtahanlara qatıla bilərlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır