"Depakin Chrono" dərmanının apteklərdə tapılmamasına aydınlıq gətirilib
09.01.2023 15:25

Bipolyar affektiv pozuntu və epilepsiyanın müalicəsində istifadə edilən "Depakin Chrono" adlı dərmanın apteklərdə tapılmamasına dair yayılan məlumatlara aydınlıq gətirilib.


Aztibb.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən dərman vasitəsi mütəmadi olaraq ölkəyə idxal olunur.

 

"Depakin chrono" ilə bağlı 2022-ci ilin ikinci yarısı ərzində idxal məlumatlarını təqdim edirik:
1. "Depakin chronosfera" 100 mq. Qranul №30 – 28.06.2022 ci il – 97 qutu,
2. "Depakin chrono" 300 mq. tablet №100 – 14.10.2022 – 4118 qutu,
3. "Depakin chronosfera" 250 mq. Qranul № 30 – 05.12.2022 – 65 qutu,
4. "Depakin chrono" 500 mq. Tablat №30 – 12.12.2022 – 900 qutu.
5. "Depakin" şərbət 150 ml. №1 – 28.12.2022 – 7920 qutu.


Əlavə olaraq bildiririk ki, "Depakin chrono" 300 mq və 500 mq tabletlərin idxalı üçün 06.01.2023-cü ildə yeni müraciət daxil olub və növbəti həftə ərzində bütün prosedurların tam yekunlaşacağı gözlənilir. Bu proseduralar tam yekunlaşan kimi idxal miqdarı barədə məlumat veriləcək" - deyə cavabda qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib