Sidiyin tibbi analizini aparan unitazlar hazırlanır – Klinik tədqiqatlar aparılır
07.01.2023 15:31

Fransanın tibbi cihaz istehsalçısı “Withings” şirkəti evdə sidiyi analiz edə bilən miniatür qadceti Avropa bazarına çıxarmağı planlaşdırır.  

 

U-Scan cihazı unitazın içərisinə yerləşdiriləcək. Cihaz həm tibb müəssisələrində, həm də xəstələrin evlərində istifadə oluna bilər.  

 

Aztibb.az medvestnik.ru-ya istinadən xəbər verir ki, onun köməyi ilə diabet, xroniki böyrək xəstəliyi, böyrək daşları və sidik yollarının infeksiyaları kimi xəstəliklərin diaqnostikası nəzərdə tutulur. 

 

U-Scan biomarkerləri qiymətləndirmək üçün nəzərdə tutulmuş xüsusi oxuyucudan və dəyişdirilə bilən analiz kartricindən ibarətdir. Cihaz sidik ifrazı zamanı avtomatik olaraq az miqdarda sidiyi tutur və kimyəvi analizini aparır. Nəticələr avtomatik olaraq Wi-Fi vasitəsilə “Withings” proqramına ötürülür. 

 

Şirkət hazırda cihazın sistin və sidik turşusu nefrolitiazı olan xəstələrin monitorinqinə necə təsir etdiyini, həmçinin onun sidik kisəsi və yumurtalıq xərçənginin qeyri-invaziv aşkarlanması üçün uyğun olub olmadığını öyrənmək üçün klinik tədqiqat aparır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır