Xankəndi-Laçın yolunda etiraz aksiyasının 27-ci GÜNÜ
07.01.2023 10:26

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir.

 

Aztibb.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

 

Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər.

 

Ötən günlərdə olduğu kimi, aksiya zamanı istər sülhməramlılara, istərsə də BQXK-ya məxsus humanitar məqsədlə keçid etmək istəyən avtomobillərə maneəsiz keçid şəraiti yaradılıb.