Yağlı qidaların zərəri
03.01.2023 20:47

Düzgün qidalanmaq, orqanizmə zərər verən məhsullardan uzaq olmaq sağlamlığın əsas şərtlərindən biri sayılır. Qəbul edilən qidaların tərkibi nə çox yağlı, nə də çox duzlu olmalıdır. Mütəxəssislər bildirirlər ki, yeməyə aşırı dərəcədə yağ əlavə etmək düzgün deyil, çünki onların reaksiyası nəticəsində orqanizmdə ağır maddələr əmələ gəlməsi həyat üçün təhlükəli hesab olunur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-diyetoloq Məlahət Kərimova deyib: “Yüksək dərəcədə isidilmiş yağların üzərinə ət məhsulları atılması onun tərkibindəki zülalların yandırılaraq bişirilməsinə səbəb olur və bu zaman yağ ətin tərkibinə keçir. Həmin yeməklə qidalanma zamanı qaraciyərdə piylənmə əmələ gəlir. Aparılan bir çox araşdırmalar göstərir ki, piylənməyin əsas səbəblərindən biri bişirilmə texnologiyasının düzgün şəkildə aparılmamasıdır. Qaraciyər piylənməsi beyin funksiyalarının pozulmasına, həmin nahiyədə oksigen tarazlaşmasının azalmasına və beyin toxumalarının iltihablanmasına səbəb olur”.

 

Yağlı yeməklərdən əlavə yağda qızardılmış qidalar da sağlamlıq üçün təhlükə mənbəyi hesab olunur. Hətta bəzən həmin yağlardan bir neçə dəfə istifadə edirlər.
Qida üzrə mütəxəssis Seymur Qafarov bildirir ki, bitki yağlarının təkrar istifadəsi qaraciyər xərçənginə səbəb ola bilər: “55 faiz kalori dəyərindən yüksək qidalar qaraciyərin ən əsas düşmənidir. Həmin qidaların qəbulu zamanı qaraciyərin ətrafı piy qatı ilə örtülür, onun funksiyalarını tam yerinə yetirməsinə, digər orqanlarla əlaqələrin pozulmasına və qarın boşluğu daxilində fəaliyyətinə əks təsir göstərir. Bununla yanaşı, dalaq və həzm sisteminin bağırsaqlarla əlaqəsini pozur”.

 

Mütəxəssislər yeməkdən dərhal sonra meyvə qəbul etməyi də məsləhət görmürlər. Qidanın asan və rahat həzmi üçün yeməkdən yarım saat sonra bitki çayı içilməsi tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib