Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin strukturuna daxil edilib  
29.12.2022 11:32

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, qurumun İcraçı direktoru Vüqar Qurbanov “Bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin strukturuna daxil edilib.

 

Məlumat üçün bildirək ki, Uşaq Nevroloji Xəstəxanasında 10 şöbə və 80 nəfər tibb personalı fəaliyyət göstərir. Tibb müəssisəsində sinir sistemi xəstəlikləri və xəsarətləri olan uşaqlar müalicə edilir.
Uşaq Bərpa Mərkəzində isə 5 şöbə və 96 tibb personalı fəaliyyət göstərir. Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir.

 

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin 27.04.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının tabeliyinə verilməsi yolu ilə yenidən təşkil olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib