ATU-nun rektoru klinik bacarıq üzrə imtahanları izləyib
29.12.2022 08:49

Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsili kafedrasında klinik bacarıqlar fənni üzrə sessiya imtahanlarına start verilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli Obyektiv Strukturlaşdırılmış klinik imtahan (OSKİ) formatlı prosesin gedişi ilə tanış olub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, rektor OSKİ imtahanının keçirilməsi üçün yaradılan şəraitlə tanış olub, müəllim və tələbələrin fikirlərini öyrənib. İmtahan verən yerli və xarici tələbələr kursun daha effektiv keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

 

Rektor G.Gəraybəyliyə verilən məlumata görə, klinik bacarıq dərslərinin birinci bölməsi steril zonaya girişin qaydaları ilə əlaqəlidir. Bu bölmədə tələbələrə əllərin tibbi qaydada yuyulması bacarıqları, steril əlcək geyinilməsi, tibbi kombinezonların geyinib-çıxarılması, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları və ünsiyyət  bacarıqları tədris olunur.

 

Tədrisin ikinci hissəsində isə tələbələrə dərman tətbiqləri, inyeksiya qaydaları və təməl yaşam dəstəyinin verilməsi öyrədilir. Tədris zamanı nəzəri biliklərə nisbətən praktiki bacarıqlara daha çox üstünlük verilir. Kursu sonunda isə tələbələrin qazandığı biliklər Obyektiv Strukturlaşdırılmış klinik imtahan (OSKİ) vasitəsilə qiymətləndirilir.

 

Qeyd olunub ki, kafedrada OSKİ sınaqları 6 stansiya üzrə aparılır və bunlardan 4-ü dərman tətbiqlərinə aiddir. Bu semestr ərzində tibb ixtisası üzrə 2-ci kursda oxuyan 744 tələbənin klinik bacarığı yoxlanılır

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır