DSMF-də saxta pensiya təyin edilən 51 nəfərə 884 min manat ödəniş olub - Baş Prokurorluq
27.12.2022 15:22

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 51 nəfərə 884 min manat artıq pensiya verilməsi ilə bağlı cinayət işi başlanılıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Hesablama Palatası tərəfindən dövlət vəsaiti və digər dövlət əmlakının istifadəsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

 

Araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci il tarixədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şühbələr müəyyən edilib.

 

Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib