Zəngin yod ehtiyatına malik FEYXOANIN faydaları
01.10.2020 09:22

Payız mövsümünün meyvələrindən biri olan feyxoanın əhəmiyyətli xüsusiyyətlərindən biri onun yodla zəngin olmasıdır.

 

Feyxoa ən çox yod ehtiyatı olan bitkilərdəndir. Amma feyxoanın faydalı xüsusiyyətləri bununla bitmir.  

 

Aztibb.az e-tibb.az-a istinadla feyxoanın faydaları ilə bağlı ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir.

 

Kimlər feyxoanı bol yeməlidir?

 

1. Qəbzlik, həzm, mədə-bağırsaq problemləri olanlar

 

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi hasilini tənzimləyir. Qəbzliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

 

Bir fincan feyxoada 16 qram lif var, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

 

2. Ürək-damar xəstəlikləri, xolesterin problemi, yüksək təzyiq

 

Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B 6 vitamini ürəyin işi üçün vacibdir.

 

Gün ərzində bir-iki ovuc feyxoa yemək bu dozanı qarşılayır. Bu meyvə infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

 

3. İnfeksiyalarla mübarizə aparır

 

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immun sisteminə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini ilə zəngin antioksidantdır. Antivirus və xərçəng əleyhinə təsiri ilə məşhurdur.

 

4. Sinir sistemini möhkəmləndirir

 

Feyxoanın tərkibində olan fol turşusu Alzheymer kimi xəstəliklərin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, neyron aktivliyi artırır.

 

5. Hamilələr üçün çox vacibdir

 

Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beynin formalaşması üçün vacibdir. Hamilələrdə zob, anemiya problemləri zamanı da faydalıdır, hemoqlobini qaldırır.

 

6. Travmalar və cərrahiyyə əməliyyatında sonra yaraları tez sağaldır

 

Feyxoa toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr, yaralar, əməliyyatdan sonra bərpa üçün bol feyxoa yemək lazımdır.

 

7. Xərçəngdən qoruyur

 

Orqan, toxumaları saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərçəng hüceyrələrinin baş qaldırmasına imkan vermir.

 

8. Dəri üçün cavanlıq, gözəllik mənbəyidir

 

Maska kimi istifadə olunduqda, nəmləndirir, dəri iltihabını, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir.

 

9. Qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığı zamanı faydalıdır

 

Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı yodla zəngin qidaları çox yemək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib