Uşaqları virus xəstəliklərindən qorumaq üçün - Rusiyalı pediatrdan 7 vacib məsləhət
01.10.2020 01:32

Soyuq fəsillərdə uşaqlar daha tez-tez virus və soyuqdəymə xəstəliklərinə tutulur. Lakin pediatrlar sübut edir ki, əksər hallarda bunun səbəbi virusların artması deyil, uşaqlara düzgün qulluq edilməməsidir.

 

Rusiyalı pediatr Anna Birka uşaqları xəstəliklərdən qorumaq üçün bəzi çox sadə tövsiyələri verib. 

 

1. Uşaq soyuq fəsillərdə də hər gün açıq havada gəzməlidir. Bu, immun sisteminin möhkəmləndirilməsi üçün ən sadə və effektli vasitədir.

 

2. Uşağı çox isti geyindirməyin ki, tərləməsin. Çünki tərləyəndə daha tez xəstələnir.  

 

3. Uşaq daha tez-tez əllərini yumalıdır. Bu, virusların orqanizmə daxil olmasına mane olur. Hər dəfə bayırdan evə qayıdanda uşaq əllərini və üzünü yaxşı yumalı, boğazını adi su ilə qarqara etməlidir.

 

4. Soyuq fəsillərdə uşağın qidalanmasında soğan və sarımsağın miqdarını artırmaq lazımdır.  Bu 2 məhsul virus əleyhinə  təsdiq olunmuş təsirə malikdir.

 

5. Uşaq mütləq kifayət qədər maye qəbul etməlidir. Bu, selikli qişaların nəmliyini təmin edir. Selikli qişalar quruyanda onların bizi mikrob və viruslardan qorumaq qabiliyyəti kəskin azalır.

 

6. Uşağa yerli-yersiz dərman, vitamin, immuniteti möhkəmləndirən preparatları və s. vermək, boğaz və burun spreylərindən istifadə etməyə ehtiyac yoxdur. Bu, nəinki xəstəliyin qarşısını almayacaq, əksinə onun orqanizmini səbəbsiz yerə yükləyəcək.

 

7. Uşağın qidalanması çeşidli olmalıdır. Şərt deyil ki, uşaq çox yesin. Əsas odur ki, gündəlik menyuda müxtəlif məhsullar olsun - süd məhsulları, sıyıqlar, meyvə, tərəvəz, ət (balıq, toyuq).

 

Sonda Anna Birka qeyd edib ki, uşaqların heç xəstələnməməsi mümkün deyil. Bu, təbii prosesdir. Çünki uşağın immun sistemi də uşaqla birlikdə böyüyür və formalaşır. Lakin uşaq daim tez-tez xəstələnirsə, bu da normal sayıla bilməz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib