ATU-da "4 divar arasında" tamaşası səhnəyə qoyulub
23.12.2022 16:51

Dekabrın 21-də ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən teatr klubunun hazırladığı "4 divar arasında" tamaşası səhnəyə qoyulub. Dilbər Rahimin ssenari müəllifliyi və rejissorluğu ilə məişət-psixoloji janrda səhnələşdirilən tamaşanın bədii rəhbəri Elbəy Cabbarlı, köməkçi rejissoru Zəhra Həsənli, işıq rejissoru Zəhra İbrahimova və səs rejissoru Rahil Əhmədovdur.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tamaşa öncəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və "Təbib" idman klubunun sədri Qələndər Aslanov çıxış edərək teatr klubunun komandasına, həmçinin kütləvi tədbirlərin daimi aparıcısı Əli Əliyevə təşəkkürlərini bildiriblər.  Tamaşanın anşlaqla keçməsini tələbələrin öz dostlarına, onların zəhmətinə verdikləri qiymətin göstəricisi kimi dəyərləndirərək, yaradıcı heyətə uğurlar arzulayıblar.

 

Bundan sonra müəyyən problemlərin tamaşaçılarla birlikdə həllinə fokuslanan tamaşanın premyerasına başlanılıb.

 

Emin Sabitoğlunun bəstələri ilə müşayiət olunan tamaşa müxtəlif vaxtlarda birotaqlı evə köçən 4 fərqli ailədə cərəyan edən hadisələrdən bəhs edir. Tamaşanın məqsədi ayrı-ayrı psixioloji vəziyyətlərdə, eləcə də məişətdə qarşılaşdığımız qadın-kişi münasibətlərinin və digər məsələlərin həlli yollarını axtarıb tapmaqdır.

 

Tələbə aktyorlar öz rollarını məharətlə oynayaraq tamaşaçı alqışları qazanıblar.

 

Qeyd edək ki, ATU-nun tələbə klubu 2018-ci ildən fəaliyyət göstərir. İlk tamaşası "Mahmud və Məryəm" olan klub sonralar "Nişanlı qız", narkomaniya mövzusunda "Bir idmançının taleyi" və 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi həkimlərimizə həsr edilmiş "Həkim şəhid Ceyhun" tamaşalarını səhnələşdirib. Həm tələbələrin asudə vaxtının idarəsi, həm də bir həkim kimi psixioloji olaraq həyata hazırlanmaqları baxımından teatr klubunun müstəsna rolu var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib