Elmi fəaliyyətin keyfiyyət dəyərləndirilməsi üçün onlayn hesabat sistemi hazırlanıb
22.12.2022 18:08

TƏBİB və ADA Universitetinin ortaq hazırladığı “Elmi fəaliyyətin keyfiyyət dəyərləndirilməsində onlayn hesabat sisteminin tətbiqi” layihəsi çərçivəsində hazırlanmış proqram təminatı prototipinin təqdimatı ilə bağlı görüş keçirilib.


TƏBİB-dən verilən xəbərə görə, görüşdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri Emil İskəndərov, Klinik və elmi tədqiqatlar şöbəsinin məsləhətçisi Fərəh Osmanova, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Nürəddin Sədili, elmi-tədqiqat müəssisələrinin elmi katibləri və əməkdaşları iştirak ediblər.

 

Layihə ilə bağlı təqdimatlar olub, özündə "nəşrlər", "şəxsi bilik və bacarıqları", "innovasiyalar" kimi başlıqları birləşdirən, beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış "Elmi fəaliyyəti dəyərləndirmə meyarları"ndan istifadə olunmaqla, TƏBİB-in tabeli tibb müəssisələrində elmi fəaliyyətlə məşğul olan əməkdaşların sistemdən istifadə edərək məlumatlarını daxil edə biləcəyi, daxil olmuş məlumatları mərkəzləşmiş qaydada izləmək və statistik təhlillərə tabe tutmaq, nəticədə sağlam rəqabət mühitinin inkişafına, ümumi elmi potensialın ölçülməsi və səhiyyə siyasətinə uyğun yönləndirilməsinə şərait yaradacaq proqram təminatının prototipi nümayiş etdirilib.

 

Sonda müzakirələr aparılıb və yaranmış suallara aydınlıq gətirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib