Perinatal Mərkəzdə ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
22.12.2022 14:12
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzdə ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
 
Aztibb.az STM-ə istinadla xəbər verir ki, tibb müəssisəsinin kollektivinin qatıldığı tədbiri giriş sözü ilə açan Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli rəhbərlik etdiyi müəssisənin cari ildəki fəaliyyətindən danışıb və 2023-cü ildə qarşıdan duran vəzifələri diqqətə çatdırıb.
 
Perinatal Mərkəzin kollektivi arasında keçirilmiş sorğunun nəticələrinə görə, "İlin həkimi" nominasiyası üzrə qalib olan Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Yelmar Süleymanov, Ginekologiya şöbəsinin müdiri Natiq Əliyev və Neonatal reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Ağayeva, eləcə də "İlin tibb bacısı" adını qazanan Baş tibb bacısı Qızılgül Cəlladova rəhbərlik tərəfindən təltif edilib.
 
Bununla yanaşı, Perinatal Mərkəzin “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan Simpoziumu” çərçivəsində keçirilən təlimdə iştirak edən tibb bacılarının sertifikatları təqdim edilib.
 
Sonda T. Rəcəbli kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv