Türkiyəli professorlar ATU-da olublar
21.12.2022 15:51

Türkiyənin Bezmialem Vakıf Universitetinin Tibb fakültəsinin Tibbi biokimya kafedrasının müdiri, professor Abdurrahim Koçyiğit və Anatomiya kafedrasının professoru Mustafa Büyükmumcu Azərbaycan Tibb Universitetinin qonağı olublar.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Qonaqlar ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında olub, kafedra müdiri, dosent Anar Abdullayevlə görüşüblər. Onlara kafedranın tarixi, anatomiya fənninin tədrisinin təşkili və kafedrada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib.

 

Sonra türkiyəli professorlar kafedrada fəaliyyət göstərən “İnsan anatomiyası” muzeyini gəzib, muzeydə saxlanılan unikal eksponatlarla yaxından tanış olublar. Alimlər kafedranın qonaq dəftərinə öz ürək sözlərini yazıblar.

 

Qonaqları ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov müşayiət edib. Görüşdə, həmçinin kafedranın əməkdaşları dosent Misir Bayramov və dosent Sədaqət Rüstəmova iştirak ediblər.

 

Daha sonra ürkiyəli professorlar ATU-nun Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova ilə görüşüb, tədris və elmi-tədqiqat məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır