Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyindəki ən böyük tibb müəssisələrindən biridir
21.12.2022 09:56
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edirik.
 
Azərbaycanın ən böyük dövlət tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəz (KTM) 10 korpus və köməkçi tikililərdən ibarətdir. Mərkəz Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşir.
 
Kliniki Tibbi Mərkəzdə Poliklinika, Terapiya, Nevrologiya, Kardiologiya, Travmatologiya, Laboratoriya, Cərrahi reanimasiya, Ümumi terapevtik reanimasiya, Üz-çənə cərrahiyyəsi, Təcili Təxirəsalınmaz Tibbi Yardım, Endoskopiya, Radiologiya, Urologiya, Cərrahiyyə, Neyrocərrahiyyə, Uşaq cərrahiyyəsi, Toksikologiya, Qan Bankı, I Yoluxucu xəstəliklər, II Yoluxucu xəstəliklər, Fizioterapiya, Doğum-Ginekologiya, Doğum reanimasiyası, Nefrologiya və Hemodializ şöbələri mövcuddur.
 
Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi və Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası da Kliniki Tibbi Mərkəzin tabeliyində fəaliyyət göstərir.
 
Mərkəzdə 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir.
 
Qeyd edək ki, gün ərzində Kliniki Tibbi Mərkəzə müraciət edən pasientlərin sayı 1200-1500 arası dəyişir.
 
Mərkəzin fəaliyyəti barədə daha çox məlumat almaq üçün:
 
Əlaqə nömrəsi: (+994 12) 597-98-92
E-poçt: ktm@tabib.gov.az
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib