Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor müavini Avstriyada beynəlxalq konqresdə iştirak edib
20.12.2022 16:15
13-17 dekabr 2022-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Neyroreabilitasiya üzrə Dünya Konqresi keçirilib.
 
Dünyanın müxtəlif ölkələrindən 1200-dən artıq mütəxəssisin iştirak etdiyi konqresdə Azərbaycanı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorun elmi işlər üzrə müavini prof. Sədaqət Hüseynova təmsil edib.
 
Konqres müddətində Avropa İnsult Təşkilatı və Dünya Neyroreabilitasiya Federasiyası ilə birlikdə Azərbaycanda neyroreabilitasiyanın inkişaf etdirilməsi və bu sahədə müştərək elmi-tədqiqatların aparılması məsələsi müzakirə edilib, bunun üçün ilkin hazırlıqlara start verilib.
 
Tədbir çərçivəsində müasir neyroreabilitasiyanın müxtəlif sahələrini əhatə edən öyrədici kurslar keçirilib, reabilitasiya avadanlıqlarının təqdim edildiyi sərgi nümayiş olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub