TƏBİB Qarabağda fəaliyyətini davam etdirir 
19.12.2022 09:57

TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətini davam etdirir. 

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, bu müəssisələrə aşağıdakılar daxildir:

 

Şuşa Modul Tipli Xəstəxana:


Şuşa Modul Tipli Xəstəxanasında Təcili tibbi yardım, Poliklinika, Laboratoriya, Funksional diaqnostika, Anesteziologiya-reanimasiya şöbələri fəaliyyətdədir.

Xəstəxanada TƏBİB-in Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir. Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan və 9 çarpayı yerindən ibarətdir.

Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.

Ağalı Ailə Sağlamlıq Mərkəzi:

Zəngilanın Ağalı kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərir. ASM-də tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi:

Cəbrayıl şəhərində yerləşən ASM 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərir. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olur.

Hadrut Ailə Sağlamlıq Mərkəzi:

Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərir.

Qeyd edək ki, vətəndaşlara icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib