Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçiriləcək - Naxçıvan Mərkəzi Xəstəxanasında   
15.12.2022 15:17
Dekabrın 16-sı saat 09:00-da Naxçıvan Mərkəzi Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti aksiyası təşkil olunacaq.
 
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək və ən son yeniliklərin tətbiqində region həkimlərinin iştirakını təmin etməkdən ibarətdir.
 
Konfransda “Azərbaycanın rayonlarında səyyar oftalmoloji yardımın təşkili”, “Orbitanın yad cisimlərinə dair”, “Ordunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində hərbi və mülki oftalmoloqların qarşılıqlı fəaliyyəti”, “Gecikmiş mərhələdə torlu qişanın qopmaları” , “Diqqət! Endoftalmit!”, “Cərrahi əməliyyatlarla bağlı rast gəlinən fəsadlar. Həkim səhvinin rolu nə qədərdir?”, “Oftalmoloji yardımın III etapında torlu qişanın reqmatogen qopması diaqnozu ilə xəstələrin demoqrafik və klinik səciyyələri” və “Naxçıvan Muxtar Respublikasında qlaukoma xəstəliyinin yayılması” mövzularında məruzələr dinləniləcək.
 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkil edəcəyi aksiyada isə məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq və əldə edilən nəticələri müzakirə etməkdir.
 
Tibbi aksiya saat 10:00-15:00-dək davam edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub