Perinatal Mərkəzin peşəkar komandası ağır vəziyyətdə doğulan körpəni xilas edib
12.12.2022 15:22

Bir ay əvvəl Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzin qəbul şöbəsinə mürəkkəb akuşer situasiya durumunda 32-33 həftəlik hamiləliyi olan qadın daxil olub. Uşağın qolu doğuş yollarından sallanmış halda idi.

 

Aztibb.az STM-ə istinadla xəbər verir ki, çətin situasiyada anestezioloq-reanimataloq Yelmar Süleymanov və Mamalıq şöbəsinin müdiri Əminə Məmmədovanın protokol üzrə dəqiq işi nəticəsində ananın və körpənin həyatını xilas etmək mümkün olub. Amma çəkisi 1450 qram olaraq ağır vəziyyətdə doğulmuş körpənin durumu kritik olub.

 

Məsləhətləşmələr aparılan mütəxəssislərin bədbin proqnozları onu göstərib ki, körpənin qolu amputasiya oluna bilər. Lakin STM-in Perinatal Mərkəzinin Neonatal reanimasiya və intensiv terapiya şöbəsinin komandasının səyi nəticəsində körpə bu gün yarımçıq və xəstə yenidoğulmuşlar şöbəsinə köçürülüb. Bir ay ərzində körpəyə DDL.NEk, septik şok və sair xidmətlər göstərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib