Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumunun açılışı olub
11.12.2022 17:47

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyi Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumunun açılış mərasimi keçirilib.

 

Aztibb.az xəbər verir ki, simpoziumun məqsədi dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri bölüşmək, həmçinin ÜST-nin “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etmək olub.

 

Açılış mərasimində ÜST-nin eksperti Halil İbrahim Durak, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Fazil Hüseynbəyov, İTSDA-nın Analitika və Statistika Şöbəsinin müdiri Rəşad Çobanlı, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin dekanı Anar Ağayev çıxış ediblər.

 

Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri” (12 dekabr), “Tibb bacısı və mamalıq təhsili” (13 dekabr) və “Liderlik” (14 dekabr) mövzularında 3 panel müzakirəsi keçiriləcək. Bu müzakirələr ÜST Azərbaycanın feysbuk səhifəsində saat 09:00-dan etibarən canlı yayınlanacaq. Simpozium ərzində, həmçinin müxtəlif forum və təlim kursları baş tutacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub