ETPİ-də həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib
08.12.2022 12:09
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.
 
Aztibb.az ETPİ-yə istinadla xəbər verir ki, seminarda institutun direktoru t.ü.f.d.,dos Allahverdi Musayev, baş həkim uzman doktor Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos Nailə Rəhimova, elmi katib t.ü.f.d.,dos. Sevinc Nəsirova, həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.
 
Uzman pediatr Aysel Mecidova və həkim rezident Südabə Hacıyeva “Kavasaki xəstəliyi” mövzusunda təqdimatla çıxış ediblər.
 
Uzman pediatr Aysel Mecidova Kavasaki sindromu (KS) və ya Kavasaki xəstəliyinin morfoloji olaraq əsasən kiçik və orta arteriyaların (koronar damarlar da daxil olmaqla) destruktiv-proliferativ zədələnməsi ilə (sistem vasküliti) xarakterizə olunan və qızdırma, selikli qişalarda, dəridə, limfa düyünlərində olan dəyişikliklər ilə müşayiət olunan kəskin bir xəstəlik olduğunu bildirib. 
 
Həkim rezident Südabə Hacıyeva xəstəliyin epidemiologiyasından, səbəblərindən, əlamətlərindən, müalicəsindən danışıb.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib