Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi beynəlxalq konqresdə iştirak edib
07.12.2022 09:23

30 noyabr - 4 dekabr tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Türkiyənin Antalya şəhərində keçirilmiş “6-cı Beynəlxalq və 24-cü Milli İctimai Səhiyyə Konqresi”ndə və Konqresdən öncə təşkil edilmiş “İctimai səhiyyə ilə bağlı qərar qəbuletmə proseslərində sağlamlıq göstəriciləri kursu”nda iştirak edib.

Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla xəbər verir ki, Türkiyənin İctimai Səhiyyə Mütəxəssisləri Dərnəyi tərəfindən təşkil edilmiş Konqresin rəsmi açılış hissəsində Dokuz Eylül Üniversiteti Tibb Fakültəsinin İctimai Səhiyyə kafedrasının professoru Dr.Bülent Kılıç, BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə nümayəndəsi Dr. Hassan Mohtashami, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə nümayəndəsi Dr. Batyr Berdyklychev salamlama nitqi ilə çıxış ediblər.

“Müharibə və şiddətin kölgəsində sağlamlıq” şüarı altında həyata keçirilmiş konqresdə Sağlamlıq Nəticələrinin Ölçümü üzrə Beynəlxalq Konsorsiumun (ICHOM) Nəticələrin Tədqiqatının Direktoru Dr. Zofia Das-Gupta, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi üzrə Beynəlxalq (HTAI) Təşkilatın vitse-prezidenti Dos. Dr. Rabia Kahveci, London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Andy Haınes, Toronto Universitetinin professoru Anne-Emanuelle Bırn, o cümlədən Türkiyənin müxtəlif dövlət və özəl universitetlərinin professor heyəti tərəfindən məruzələr təqdim edilib, panel müzakirə və diskussiyalar təşkil edilib.

İctimai səhiyyə və sağlamlıq sahəsi ilə bağlı tibbin ən son yeniliklərinə dair məlumatların təqdim edildiyi konqresdə “Azərbaycanda İctimai Səhiyyə Dissiplini və Təhsili” başlıqlı panel təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının moderator olduğu paneldə Səhiyyə Nazirliyinin şöbə müdir müavini Aytən Qarayusifova, ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı professor Prof. Dr. Anar Ağayev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin əməkdaşları Prof. Dr. Halil İbrahim Durak və Prof. Dr. Belgin Ünal Azərbaycanda ictimai səhiyyənin mövcud vəziyyəti və gələcək inkişaf imkanları barədə təqdimatla çıxış ediblər, dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, USAID tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən birgə həyata keçirilən "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində ölkəmizdə ictimai səhiyyənin xidmət, təhsil və tədqiqat sahələrində töhfə verməsi planlaşdırılan, müxtəlif səhiyyə müəssisələrində fəaliyyət göstərən seçilmiş potensial qrup üzvlərindən biri olan Şəhla Mirzəzadənin Konqresdə iştirakı məhz adı çəkilən layihə çərçivəsində təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib