AQTİ-nin laboratoriyasında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini yüksək peşəkarlıqla analiz olunur
06.12.2022 15:03

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək pestisidlərin qalıq miqdarının təyini sınaqları həyata keçirilir. Mərkəzləşmiş Nümunə Qəbulu Məntəqəsinə təqdim edilən meyvə-tərəvəz məhsullarında müxtəlif qruplara aid pestisidlərin qalıq miqdarı təyin olunması üçün Milli Referens Laboratoriyasına təhvil verilir.

 

Aztibb.az AQTİ-nin məlumatına istinadla xəbər verir ki, müayinə beynəlxalq EN 15662,AOAC 2007.01 metodlarına uyğun aparılır. Müayinələrin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə analitik standartlardan, standart və sertifikatlı referans materiallardan istifadə ilə sınaqların düzgünlüyü və dəqiqliyi təmin olunur. Nümunələr QUECHERS üsulu ilə ikimərhələli hazırlıq prosesindən keçirilir. Birinci mərhələdə nümunələr homogen hala gətirilərək həlledicilər vasitəsilə ekstaksiya olunur. Sonra bərk fazalı ekstaksiya mərhələsindən keçirilir. Hazır nümunələr pestisidlərin təyinatından asılı olaraq, yüksək həssaslığa malik pestisid qalıqlarının ən aşağı miqdarını mikroqram səviyyəsində belə dəqiqliklə təyin etməyə imkan yaradan mass detektorlu LC/MS/MS 8045 ikiqat kütlə spektrofotometrli maye xromatoqrafı və GC/MS QP 2010 qaz xromatoqrafı cihazında müayinə olunur.

 

Qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları Azərbaycanda qüvvədə olan normativ texniki sənədlərlə yanaşı, Avropa Databazası və Kodeks Alimentarius kimi beynəlxalq standartlarda qeyd olunan parametrlərə uyğun aparılır.

 

Qeyd edək ki, Milli Referens Laboratoriyası pestisidlərin qalıq miqdarının təyini üzrə Böyük Britaniyanın FAPAS şirkəti tərəfindən təşkil olunan beynalxalq səriştəlilik sınağında pomidor matriksində 8 paramertr üzrə yüksək nəticələr əldə edib. Laboratoriya tərəfindən tətbiq edilən pestisidlərin qalıq miqdarının təyini metodu isə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Almaniya Akkreditasiya Mərkəzi (DAKKS) tərəfindən akkreditə olunaraq beynəlxalq akkreditasiyadan keçib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib