“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
03.12.2022 16:23
23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
 
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva konfransda “Hemodializ xəstələrində hepatit və peyvəndləmə” mövzusunda təqdimatla çıxış edəcək. O, nefrologiya sahəsi üzrə mütəxəssisləri bu konfransda iştirak etməyə dəvət edib. Dr.Mədinə Abdullayevanın çıxışını Sizə təqdim edirik.
 
Xatırladaq ki, proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Konfrans əyani 2 çay və 1 nahar fasiləsi olmaqla Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konfransda iştirak ödənişlidir!
 
Əyani iştirak edəcək həkimlər üçün iştirak haqqı 50 AZN, əyani iştirak edəcək rezidentlər üçün isə iştirak haqqı 30 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/JoP18UrcWeyEWEes5
 
 
 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub