Ürək-damar sistemi xəstəlikləri orqanizmdə yarada biləcəyi fəsadlara görə birinci yerdə dayanır - ETKİ-nin direktoru
03.12.2022 09:35
EImi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) icbari tibbi sığorta ilə bağlı maarifləndirmə xarakterli tibbi aksiyaları davam edir.
 
Aztibb.az İnstituta istinadla xəbər verir ki, aksiyalar çərçivəsində əhalinin təzyiqi, şəkəri, saturasiyası ölçülür, onlara həkim məsləhəti verilir. Müayinələrlə yanaşı əhali icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumatlandırılır.
 
ETKİ-nun direktoru Gülnaz Dadaşova bildirib ki, ürək-damar sistemi xəstəlikləri dünyada olduğu kimi, Azərbaycanda da həm rast gəlmə tezliyinə, həm də yarada biləcəyi fəsadlara görə birinci yerdədir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər sayəsində ürək xəstəliklərinin müalicəsi və əməliyyatlarının bir çoxu tam ödənişsiz həyata keçirilir və nəticədə, ölüm sayının azalmasında müsbət dinamika əldə olunur.