Skrab kimlərə tövsiyə olunmur? - Dermatoloqdan məsləhət
29.09.2020 13:48


Dəriyə qulluq vasitələrindən biri olan skrab dəri eksfoliasiyasında (dərinin üst qatının soyulması və yenilənməsi) əvəzedilməzdir. Skrabların üz və bədən üçün növləri mövcuddur. Lakin skrabın istifadəsi hər kəsə tövsiyə olunmur.

 

Aztibb.az xəbər verir ki, dermatoloq Leyla Zülfüqarova hansı hallarda skrabdan istifadənin məsləhət görülmədiyi ilə bağlı paylaşım edib.

 

Həmən paylaşımı təqdim edirik:

Quru dəri sahibləri (kseroz) - belə dərini bərpa etmək, nəmləndirmək lazımdı, skrablamaq yox.

Həşərat dişləməsindən sonra - siz həşəratın tüpürcəyini (və tərkibindəki zəhəri) dəriyə yayacaqsınız, buna görə qaşınma sahəsi də böyüyəcək.

Günəş yanıqlarında - skrab dərini daha çox zədələyəcək.

Dermatoloji xəstəliklər zamanı - skrabdan istifadə xəstəliyin gedişatını ağırlaşdıracaq.

Dəridə yara və eroziyalar olduqda - yaraların üzəri yenicə qabıq bağladıqda bu qabığa dəyməmək tövsiyyə olunur, çünki yara daha gec sağalacaq və yerində çapıq qalma ehtimalı artacaq.


Əgər dəriyə qulluq vasitələrinin seçimində çətinlik çəkirsinizsə kosmetoloqa müraciət edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib